İngiltərənin "Mançester Siti" futbol klubunun forvardı Edin Dzeko, Madrid "Real"ının və İtaliya "Yuventus"unun transfer hədəfindədir. Siasport.az saytı xəbər verir ki, bir müddət bundan əvvəl baş məşqçi Roberto Mançininin mətbuat konfranslarının birində "Sərfəli təklif gələrsə, Dzekonu satmağı düşünürük" ifadəsini dilə gətirməsi, nəhəng klubları hərəkətə gətirib. Belə ki, həm "Real", həm də "Yuventus" artıq futbolçunun transferi ilə bağlı ingilis klubunun menecerləri ilə danışıqlar masasına oturmağa hazırlaşırlar. İtaliya mətbuatı isə iddia edir ki, "Yuventus" rəhbərliyi həmyerliləri olan R.Mançini ilə təmasa keçərək, bu məsələni öz xeyirlərinə həll etməyi planlaşdırırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB