"Fənərbaxça" prezidenti məhkəmə salonunda göz yaşlarına hakim ola bilmədi...
Türkiyə futbolunda qanunsuz oyun alqı-satqısı ilə bağlı həbs olunan "Fənərbaxça" futbol klubunun prezidenti Əziz Yıldırım, bu gün keçirilən məhkəmədə duyğulu anlar yaşayıb. Siasport.az saytı xəbər verir ki, bu gün keçirilən məhkəmə prosesindən sonra, Ə.Yıldırım onu ziyarət edən "Fənərbaxça" qadın voleybol klubunun üzvləri ilə görüşüb. Bir neçə gün bundan əvvəl Bakıda keçirilən yarışda voleybol üzrə Avropa çempionu adını qazanan "Fənərbaxça" voleybolçuları Ə.Yıldırımla görüşərək, sevinclərini onunla paylaşıblar. Kapitan Seda Tokatlıoğlu, üzərində voleybolçu qızların imzası olan topu klub prezidentinə təqdim edib. Türkiyə mətbuatı yazır ki, voleybolçu qızların bu jestindən təsirlənən "Fənərbaxça" prezidenti göz yaşlarına hakim ola bilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB