Otüstü hokkey üzrə Bakı şəhər açıq birinciliyi keçirilib

Otüstü hokkey üzrə Bakı şəhər açıq birinciliyi keçirilib

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə Otüstü Hokkey Federasiyasının meydançasında hokkey üzrə Bakı şəhər açıq birinciliyi keçirilib. Siasport.az saytının məlumatına görə, birincilikdə Sumqayıtın "UGİM", "Təhsil", Bakının "Atasport- Binə" komandalarını təmsil edən 70-ə yaxın idmançı mübarizə aparıb.

Məlumat üçün bildirək ki, yarışda I yerə "Sumqayıt UGİM", II yerə "Sumqayıt Təhsil", III yerə "Atasport- Binə" komandaları layiq görülüb.

Qeyd edək ki, birincilikdə I, II, III yerlərə layiq görülmüş komandalar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən xatirə hədiyyələri, diplomlar və kubokla təltif edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə