"Qarabağ" komandası martın 28-də növbəti dəfə "Qəbələ" ilə qarşılaşacaq. Siasport.az saytının məlumatına görə, komandalar 2 həftə öncə Qəbələdə qeydə alınmış 2:2 hesablı oyunun revanşına çıxacaq.
Qeyd edək ki, klubların mübarizə tarixi cəmi 5 il olsa da daim çəkişmə, maraqlı oyunlar duelləri zənginləşdirib. Cari mövsümə qədər tərəflərin 16 dueli baş tutub. "Qarabağ" daha çox 6 dəfə qələbə sevincini yaşayıb. "Qəbələ" klubu isə 3 dəfə 3 xal əldə edib.
Məlumat üçün bildirək ki, tərəflər arasında baş tutan ilk 5 qarşılaşmada qarabağlılar qələbə qazanıb və bütün oyunlarda 2 qolla rəqibini məğlub ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB