"Beşiktaş"ın yeni prezidenti portuqaliyalı futbolçular barədə sensasiyalı açıqlama verdi!
"Beşiktaş" futbol klubunun yeni prezidenti Fikret Orman, komandadakı durumla bağlı açıqlama ilə çıxış edib. Siasport.az saytı xəbər verir ki, yeni prezident "Kanaltürk" televiziyasının "Teleğol" proqramına müsahibəsində bildirib ki, o komandadakı portuqaliyalı futbolçuları "qara qartal" üçün ağır maliyyə yükü hesab edir və mövsümün sonunda əksər portuqaliyalı futbolçularla yolları ayırmağı düşünür. "Beşiktaş" prezidenti bildirib ki, həm Simaonun, həm Quarsemanın, həm Fernandesin həm də Almeydanın maliyyə şərtləri, komandanın borclarının kəlləçarxa yüksəldiyi indiki halda "Beşiktaş"ın maraqlarına cavab vermədiyi üçün onlarla yolları yarımağı məqbul hesab edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB