“Neftçi” 1000 manat cərimə olunub

“Neftçi” 1000 manat cərimə olunub

Unibank Premyer Liqasının XXV turunda keçirilən oyunlardan sonra AFFA-nın İntizam Komissiyası qərarlar qəbul edib. Siasport.az saytının məlumatına görə, qərar əsasında tur çərçivəsində baş tutan "Neftçi" – "Xəzər Lənkəran" oyununda Flaqman 1000 manat cərimə olunub.

Məlumat üçün bildirək ki, buna səbəb "Neftçi" klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrin istifadə edilməsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə