İcarə əsasında "Orduspor"da çıxış edən "Qalatasaray"ın argentinalı futbolçusu Emmanuel Kulio, komandadan qovulub. Siasport.az saytı xəbər verir ki, dünən axşam telefonla "Kanaltürk" televiziyasının "Telegol" proqramına qatılan "Orduspor" klubunun prezidenti Nedim Türkmən, argentinalı futbolçunun bir neçə gün bundan əvvəl onun yanına gələrək "Qalatasaray"a dönmək istədiyini və şənbə günü "Qalatasaray"la keçiriləcək qarşılaşmada meydana çıxmaq istəmədiyini deyib. Futbolçunun bu cür açıqlamasının onlar üçün qəbuledilməz olduğunu deyən klub prezidenti, argentinalı futbolçunun bu hərəkətində "Qalatasaray"ın baş məqşçisi Fatih Terimin günahkar olduğunu açıqlayıb. Belə ki, bir neçə dəfə F.Terimin argentinalı futbolçunu geri qaytarmaq niyyətində olduğu barədə açıqlama verdiyini xatırladan "Orduspor" prezidenti, artıq E.Kulio ilə yola davam etməyin mümkünsüz olduğunu düşündüklərini və futbolçu ilə mövsümün sonuna qədər qüvvədə olam razılaşmanı təktərəfli şəkildə ləğv etdiklərini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB