İngiltərənin \"Fulhem\" futbol klubu rusiyalı futbolçu Pavel Poqrebnyakı birdəfəlik \"dumanlı albiom\"a bağlamaq istəyir. Siasport.az saytı xəbər verir ki, Almaniyanın \"Ştutqart\" klubuna məxsus olan və hazırda icarə əsasında \"Fulhem\"də çıxış edən P.Poqrebnyak, ingilis klubunun baş məşqçisi və rəhbərliyi tərəfindən bəyənildiyi üçün komanda rəhbərliyi onun transfer məsələsini birdəfəlik həll etməyi düşünür. Baş məşqçi Martin Yol jurnalistlərə bildirib ki, o rusiyalı hücumçunun komandadakı çıxışından razıdır və onu gələn mövsüm də də sərəncamında görmək istəyir. Hazırda \"Fulhem\" rəhbərliyi futbolçunun transferi ilə bağlı alman klubu ilə danışıqlara başlamağa hazırlaşır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB