"İnter" "Yuventus"a uduzdu, baş məşqçi işdən qovuldu!

"İnter" "Yuventus"a uduzdu, baş məşqçi işdən qovuldu!
İtaliya A Seriyasının 29-cu turunda "Yuventus"la qarşılaşan "İnter" qapısında 2 cavabsız qol görüb. Siasport.az saytı xəbər verir ki, Milan təmsilçisi uğursuzluq seriyasını bu oyunda da davam etdirərək, azarkeşlərini üzməkdə davam edir. Bu qarşılaşmadan sonra isə baş məşqçi Kladio Raniyeri vəzifəsindən istefaya göndərilib. "İnter" rəhbərliyi mövsümün sonuna qədər baş məşqçi postunu köməkçi məşqçilərdən birinə tapşırıb.
A Seriyasının hazırkı lideri "Milan" isə səfərdə əzəli rəqiblərindən olan "Roma"ya 2:1 hesabı ilə qalib gəlib.
"Milan" - "Roma" - 2:1
"Palermo" - "Udineze" - 1:1
"Atalanta" - "Boloniya" - 2:0
"Novara" - "Leççe" - 0:0
"Napoli" - "Kataniya" - 2:2
"Genua" - "Fiorentina" - 2:2
"Latsio" - "Kalyari" - 1:0
"Kievo" - "Siena" - 1:1
"Çezena" - "Parma" - 2:2
"Yuventus" - "İnter" - 2:0

Bütün xəbərlər Facebook səhifəmizdə