Çağırış Kuboku vətənimizdə qalacaq

Çağırış Kuboku vətənimizdə qalacaq

Sabah Bakıda daha bir voleybol üzrə mötəbər qarşılaşma baş tutacaq. Siasport.az saytının məlumatına görə, Çağırış Kubokunda mübarizə aparan ölkəmizin "Lokomotiv" və "Bakı" klublarının hər ikisi bütün rəqiblərini məğlub edərək, kubokun finalına vəsiqə qazanıb. Beləliklə, martın 28-də Heydər Əliyev adına İdman Konsert Kompleksində keçiriləcək kubok uğrunda qarşılaşmada iki Azərbaycan klubu mübarizə aparacaq.

Xatırladaq ki, ötən ildə olduğu kimi bu il də "Çağırış Kuboku"nun qızıl medalları və kuboku vətənimizdə qalacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə