Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin keçirdiyi motosikletlə fiqurlu maneələrin dəf edilməsi üzrə Bakı şəhər çempionatı keçirilib. Siasport.az saytının məlumatına görə, 3 gün davam edən yarışda 27 idmançı iştirak edib.
Məlumat üçün bildirək ki, yarışın nəticələrinə görə, Manafov Elvin I yerə, Boldirev Dmitriy II yerə, Rüstəmov Müşfiq isə III yerə layiq görülüb.
Qeyd edək ki, yarış Xətai rayonunun Nəcəfqulu Rəfiyev küçəsində baş tutub.
Onu da əlavə edək ki, yarışın qalibləri Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB