Əvvəlcə Türkiyə kubokunda "Sivasspor"a məğlub olan, bir neçə gün bundan əvvəl isə çempionat oyununda "Türk Telekom Arena"da "Trabzonspor"la qarşılaşmada bərabərə qalaraq iki qızıl xal itirən "Qalatasaray"da gərgin vəziyyət hökm sürür. Siasport.az saytı xəbər verir ki, çempionatın qurtarmasına iki aydan da az vaxt qaldığı bu günlərdə, baş məşqçi Fatih Terimin etimadını doğrulda bilməyən bəzi futbolçularla mövsümün sonunda yolları ayırmağa hazırlaşdığı məlum olub. Belə ki, "Trabzonspor"la qarşılaşmadan sonra keçirilən mətbuat konfransında "imperator" açıq şəkildə oynamaq üçün şans verdiyi, amma onun etimadını doğrultmayan bir sıra futbolçuları gələn mövsüm heyətdə görmək istəmədiyini dilə gətirib.
Türkiyənin nüfuzlu "Miliyyet" qəzeti yazır ki, artıq mövsümün sonunda F.Terimin komandadan xaric edəcəyi futbolçuların bəzilərinin adları məlum olub. "Miliyyet"in yazdığına görə, "imperator" mövsüm bitən kimi Milan Baroş, Sercan Yıldırım və Mehmet Batdal ilə yolları ayırmağa qərar verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB