Premyer Liqanın ən çox qol vuran oyunçuları “Neftçi” və AZAL futbolçularıdır

Premyer Liqanın ən çox qol vuran oyunçuları “Neftçi” və AZAL futbolçularıdır

Unibank Premyer Liqasının XXV turundan sonra "Neftçi"nin hücumçusu Bahodir Nasimov ən çox qol vuran futbolçu olaraq liderliyini davam etdirir. Siasport.az saytının məlumatına görə, Premyer Liqada ən çox qol vuran futbolçular isə "Neftçi" və AZAL futbolçularıdır. Belə ki, "Neftçi"nin şərəfini qoruyan Bahodir Nasimov 14 qolla 1-ci, Flavio Aleks Valensio isə 9 qolla 3-cü yeri bölüşdürür. Bununla belə AZAL-ın futbolçuları Tales Şütz 10 qolla 2-ci və Zohair Benouahi isə 9 qolla 4-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, digər yerlərə gəldikdə isə, Yuri Fomenko ("Kəpəz") 9 qolla 5-ci, Robertas Poşkus ("Simurq")8 qolla 6-cı, Luiz Paulo Hilario isə ("Qəbələ") 8 qolla 7-ci pillədə yerləşir.

Bütün xəbərlər Facebook səhifəmizdə