Londonda keçiriləcək XXX Yay Olimpiya Oyunlarının məşəli mayın 10-da özünün ənənəvi estafetini götürəcək. Bir qayda olaraq qədim Olimp dağlarından hərəkətə gətirilən məşəl Yunanıstandan Böyük Britaniyanın Olimpiya Komitəsinə təqdim edilənədək 3 min kilometr məsafə qət edəcək.
Beynəlxalq Olimpiya Komitəsinin saytına istinadən verilən xəbərə görə, olimpiya oyunlarının rəmzini 8 günlük yolçuluqda təxminən 500 məşəl daşıyan müşaiyət edəcək. Məşəl 3 min kilometrlik məsafədə 43 şəhərdə olacaq. Eyni zamanda yol boyu 34 təntənəli mərasimin təşkili nəzərdə tutulur.
Mayın 17-də məşəl 1896-cı ildə ilk dəfə müasir Olimpiya oyunlarının keçirildiyi Afinanın məhşur "Panatinakos" stadionuna gətiriləcək və həmin gün Britaniyanın Olimpiya Komitəsinə təqdim olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB