Sentyabrın 22-dən oktyabrın 13-dək Azərbaycanda keçiriləcək FİFA U-17 qadınlararası dünya çempionatı 2012-də iştirak edəcək daha 3 komanda müəyyən olunub. Siasport.az saytının məlumatına görə, Boliviyada keçirilən seçim mərhələ oyunlarında Cənubi Amerika qitəsini təmsil edəcək 3 ölkə – Braziliya, Uruqvay və Kolumbiyanın müvafiq yaş qrupundan ibarət komandaları ölkəmizdə təşkil olunacaq dünya çempionatında iştirak etmək hüququnu əldə edib.
Qeyd edək ki, bundan öncə Asiya qitəsindən Çin, Şimali Koreya və Yaponiya yığmaları DÇ-2012-yə vəsiqə qazanmışdı.
Məlumat üçün bildirək ki, Azərbaycan yığması isə dünya çempionatında ev sahibi statusu ilə çıxış edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB