Rəşad Abdullayev: “İnanıram ki, mövsümün sonunda çempionluğu biz bayram edəcəyik"
"Xəzər Lənkəran"la keçirilən oyundan sonra "Neftçi"nin meydanda daha uzun müddətli mübarizə aparan futbolçusu Rəşad Abdullayev matç haqda fikirlərini bildirib. Siasport.az saytının məlumatına görə, meydanda 70 dəqiqə çıxış edən futbolçu oyunun sonuna qədər qalmaq istədiyini vurğulayıb: "Xəzər Lənkəran"la oyunda 70 dəqiqə meydanda oldum. Çıxışıma məşqçilər qiymət verir. Əgər əvəzlənmişəmsə deməli buna ehtiyac olub. Sadəcə hamı kimi mən də belə vacib oyunda 90 dəqiqə meydanda olub komandamıza kömək etmək istəyirdim. Baş məşqçimiz Böyükağa Hacıyevin qərarlarına həmişə hörmətlə yanaşıram. O, güclü mütəxəssis olmaqla yanaşı həm də yaxşı psixoloqdur. Bir sözlə əla kollektivə malikik. İnanıram ki, mövsümün sonunda çempionluğu biz bayram edəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB