"Bakı" futbol klubu "Gənc ulduz" rubrikasının qonağı olan komandanın yarımmmüdafiəçisi Pərviz İmanov məqsədi haqda verilən suala maraqlı cavab verib. Siasport.az saytının məlumatına görə, "Bakı"nın U-13 komandasında da çıxış edən Pərviz növbəti məşqdən sonraona verilən suallara belə cavab verib:
Pərviz futbola həvəsin necə yarandı? Bu
barədə nə deyə billərsən?
Uşaqlıqda futbola çox böyük həvəsim var idi və həmişə
həyətdə uşaqlarla futbol oynayırdım. Biz tez-tez məhəlllələr arası
yarışlarda oynayırdıq. Valideynlərim futbola olan həvəsimi görüb, məni
futbol bölməsinə yazdırdılar. Beləliklə,"Xəzri" klubuna yazıldım və
burada məşqlərə başladım.
Bəs,
"Bakı"ya keçidin necə alındı?
Yay
aylarında "Xəzri" klubunda çıxış edərkən "Bakı" ilə oyunumuz oldu və Nurəddin
Məmmədov mənim oyunumu bəyənib, "Bakı" klubuna dəvət etdi. O gündən etibarən
mən "Bakı"nın heyətində çıxış edirəm.
"Bakı"
klubu ilə "Xəzri" arasında fərqli nədən ibarətdir? Özünü burada necə hiss
edirsən?
Əlbəttdə, mən burada özümü çox xoşbəxt hiss edirəm. "Bakı" klubunda uşaq
futboluna böyük diqqət yetirilir, həmçinin, klub gözəl bazaya malikdir. Uşaqlar
üçün hər cür şəraət yaradılıb.
İndi
isə tədris barədə danışaq. Dərslərin necə gedir, futbol oynamaq dərslərivə mane
olmur ki?
26
nömrəli orta məktəbdə oxuyuram. Hər şey yaxşıdır, çalışıram ki, dərslərimi
yaxşı oxuyum. Necə ki oyunlara hazırlaşıram,eyni məsuliyyətlə də
dərslərimə diqqət verirəm.
Məktəbdə
sənin oyunlarını izləyirlərmi?Dostların oyununu bəyənirlər?
Bəli,
məktəbdədə futbol oynayırıq və mənə yaxşı oynadığımı deyirlər.
Hansı
klubların oyunu daha çox izləyirsən?
Mən ən çox İngiltərə çempionatının oyunlarını izləməyi xoşlayıram, xüsusən də
"Arsenal"ın oyunlarını.
Niyə, məhz, İngiltərə çempionatı?
Çünki, İngiltərə çempionatı öz sürəti ilə digər çempionatlardan fərqlənir və mən bu oyunları izləyərkən zövq alıram.
Hansı futbolçunun oyununu daha çoxbəyənirsən?
Van Persinin oyunu çox bəyənirəm çox sürətli və qol duyumu olan futbolçudur.
Azərbaycanda bəyəndiyin futbolçu var?
Xaviyer Junior çox yaxşı futbolçudur. Fikrimcə, "Bakı" klubunda və Azərbaycanda forma geyən ən yaxşı tranferlərdən biridir.
Komandınızın çempionatda vəziyyəti necədir?
Bizim
çox yaxşı komandamız var. Məşqlərdə həvəslə çalışırıq, məşçqilərimizin
tapşırıqlarını yerinə yetiririk. Həm də, mehriban kollektivimiz var, uşaqlar
bütün işlərdə bir-birlərinə "kömək edirlər.
Bakı" U-13 hazırda turnir cədvəlinə başçılıq edir. Növbəti oyunumuz
"İnter"lə olacaq. Çalışacağıq ki, bu oyunda daqələbə qazanaq.
Gələcəkdə məqsədin nədir?
Daha yaxşı oynamaq,milli komanda və "Bakı" klubunun əsəs heyətində çıxış etmək istəyirəm. Həmçinin, xaricdəoynamaq istərdim, arzum"Arsenal" klubunda çıxış eməkdir.
Səncə, bu arzu realdırmı?
Məncə, çox realdır. "Bakı" klubuna və onun
prezidenti Hafiz Məmmədova minnətdram ki, biz uşaqlara bu cür şəraət yaradıb.
İndi biz, demık olar ki, xarici klubların uşaq komandalarından geri qalmırıq.
Hazırlığlımız ən yüksək səviyyədə keçir. Məşçqilərimizə təşəkkür etmək
isətyirəm. İnanıram ki, arzularımın reallaşması mümkündür.
Qeyd edək ki, sonda verilən suala cavabından sonra yeniyetmə futbolçu bu
ifadəni də işlədib: "Bir neçə ildən sonra bu mövzuya qayıdarıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB