Xəbər verdiyimiz kimi, Unibank Premyer Liqasının XXV turu çərçivəsində keçirilən "Turan" – "Rəvan" oyununda Tovuz təmsilçisi qələbə əldə edib. Siasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi Əsgər Abdullayev klubunun oyunu haqda fikirlərini ifadə edərkən belə deyib: "Oyundan öncə heyətlə bağlı müəyyən problemlərimiz var idi. Aftandil Hacıyevin olmaması bizə müəyyən qədər çətinlik yaradırdı. Rəqibimiz öz oyun üslubu olan komandadır. "Rəvan"la oynamaq asan deyil. İlk qolu qapımızdan buraxsaq da, uşaqlar psixoloji cəhətdən sınmadı. Əzmkar oyun göstərib iki qol vura bildik. Yaxşı oyuna görə komandama təşəkkür edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB