Türkiyə futbolunun önəmli simalarından olan, hazırda "NTV Spor" kanalında futbol şərhçisi kimi fəaliyyət göstərən Ridvan Dilmən sensasiyalı açıqlama ilə çıxış edib. Siasport.az saytı xəbər verir ki, dünən axşam keçirilən "Qalatasaray"-"Trabzonspor" oyunundan sonra "Fənərbaxça"nın keçmiş əfsanəsi, bu il hansı komandanın çempion ola biləcəyi barədə rəy açıqlayıb. Belə ki, R.Dilmən, "Qalatasaray"ın bu il böyük ehtimalla çempion ola biləcəyini diqqətə çatdıraraq, keçmiş komandası olan "Fənərbaxça"nın çempionluq şansını əlli faiz həcmində qiymətləndirib. Keçmiş futbolçu, dünənki qarşılaşmada "Qalatasaray"ın iki xal itirməsinə baxmayaraq, "cim bom"un qarşıdakı oyunlarda döyüşkən futbol oynayaraq rəqiblərini üstələyəcəyi qənaətinddədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB