Azərbaycan Kubokunun oyunları

Xəbər verdiyimiz kimi, Azərbaycan kuboku uğrunda yarışların 1/4 final mərhələsində cavaboyunlarının vaxtı müəyyənləşib. Siasport.az saytının məlumatına görə, bütün görüşlər martın 28-də baş tutacaq. Oyunların vaxtı və keçiriləcək yerlər isə belədir:

AZAL -"Bakı"

"AZAL Arena" stadionu. Saat 16:00.

"Qarabağ" - "Qəbələ"

Quzanlı qəsəbə stadionu. Saat 15:00.

"Xəzər Lənkəran" - "İnter"

Lənkəran şəhər stadionu. Saat 18:00.

"Neftçi" - "Kəpəz"

İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu. Saat 16:00.

Bütün xəbərlər Facebook səhifəmizdə