"Qalatasaray" "Trabzonspor"la xalları yarı böldü - VİDEO

"Qalatasaray" "Trabzonspor"la xalları yarı böldü - VİDEO

Türkiyə Superliqasının növbəti turunda lider "Qalatasaray" "Trabzonspor"u qəbul edib. Gərgin keçən oyunda 1:1-lik heç-heçə qeydə alınıb.


Ilk yarıda hesabı qonaqlar açıblar. Cərimə zərbəsini yerinə yetirən "Qara dənizlilər" gözlənilmədən topu Yılmaza atıblar. Qapıçıyla təkbətək qalan hücumçu hesabı açıb. Bu qol "cim-bom" azarkeşlərinin narazılığıyla qarşılanıb.


"Qalatasaray" bərabərlik topunu isə penaltidən vurub. Əllə oyuna görə 82-ci dəqiqədə Melo fərqlənib.


Beləliklə, aktivinə 71 xal yazdıran "Qalatasaray" ikinci yerdə olan "Fənərbaxça"la aralarındakı fərqi 7-yə çatdırıb. "Trabzonspor" 54 xalla 3-cü yerdə qərarlaşıb.


"Qalatasaray" - "Trabzonspor" - 1:1


Qollar: Yılmaz, 24 (0:1), Melo, 82-pen (1:1)

Bütün xəbərlər Facebook səhifəmizdə