“Fənərbahçə” Avropa Çempionlar Liqasının qalibi oldu

“Fənərbahçə” Avropa Çempionlar Liqasının qalibi oldu

Paytaxtımız 2 gün müddətində mötəbər yarışa ev sahibliyi etdi. Siasport.az saytının məlumatına görə, martın 24-ü və 25-də voleybol üzrə qadınlardan ibarət komandalar arasında Avropa Çempionlar Liqasının oyunları keçirildi. ¼ final mərhələsində Fransanın "RC Cannes" klubu İtaliyanın "Villa Cortese" komandasını məğlub etdikdən sonra, finalda çıxışını rəsmiləşdirdi. Bundan sonra isə günün ən maraqlı oyunu Türkiyənin "Fənərbahçe Universal" komandası ilə Rusiyanın "Dinamo Kazan" klubu arasında baş tutub. Ilk hissədə məğlub olan Türkiyə voleybolçuları sonra sükanı ələ keçirdi və 3:1 hesabı ilə Rusiya voleybolçularını məğlub etdi.

Qeyd edək ki, Finalda Fransa və Türkiyə komandalarının mübarizəsini izləmək üçün Heydər Əliyev adına İdman Kompleksinə azarkeş axını var idi. Azarkeşlərin arzusunu yüksək qiymətləndirən "Fənərbahçe" rəqibinə göz açmağa imkan verməyərək, 3:0 hesabı ilə məğlub edib. Beləliklə də, Türkiyə klubu Avropa Çempionlar Liqasının qalibi adına layiq görüldü.

Bütün xəbərlər Facebook səhifəmizdə