Boksçularımız yubiley yarışında iştirak edir

Boksçularımız yubiley yarışında iştirak edir

Azərbaycanın yeniyetmə və gənc boksçuları Dağıstanın İzberbaş şəhərində SSRİ idman ustası Abdulla İdrisovun yubileyi münasibətilə keçirilən açıq yarışda mübarizə aparırlar. Boks Federasiyasından Siasport.az saytına verilən xəbərə görə, ölkəmizi bu turnirdə Uşaq Gənclər İdman Məktəbinin nümayəndələri təmsil edir. Belə ki, yeniyetmələrin yarışında:

Fərid Əliyev (46 kq),

Dilsuz İbrahimli (57 kq),

Emin Rəsulzadə (70 kq) gücünü sınayır.

Məlumat üçün bildirək ki, gənclərin turnirində isə 4 boksçumuz iştirak edir. Onlar:

Şahin İsmayılov (60 kq),

Rasim Süleymanov (60 kq),

Elvin Əhmədli (64 kq) və

Orxan Zeynallıdır (64 kq).

Qeyd edək ki, martın 27-də başa çatacaq yarışın baş hakimi həmyerlimiz Nazim Mirhüseynovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə