Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının bu gün yaranmasından 20 il ötür. Siasport.az saytının məlumatına AFFA 1992-ci il martın 26-da yaradılıb. Bu təşkilat Azərbaycanda futbolun idarə edilməsini həyata keçirən təşkilat olaraq işə başlayıb. Onun əsas məqsədi futbolun inkişafına və bu idman növünün ölkədə populyarlaşmasına nail olmaqdır.AFFA 1994-cü ildə FİFA və UEFA-ya üzv seçilib və bununla da Azərbaycan klubları yığmalarının beynəlxalq miqyaslı oyunlarda çıxış etmələrinə imkan yaranıb.
Xatırladaq ki, AFFA-nın ilk prezidenti Fuad Musayev olub.
O, quruma 1992-2003-cü illərdə rəhbərlik edib. Həmin dövrdə Azərbaycan futbolu
müəyyən böhran keçirib, klublarla təşkilat arasında gərginlik yaşanıb.
Klubların 2002-ci ilin aprelində 11-ci milli çempionatı dayandırmaları ilə pikə
çatan gərginliyinə FİFA və UEFA-nın 2 illik sanksiyaları nəticəsində başa çatıb.
Məlumat üçün bildirək ki, 2003-cü ildə ölkənin rəsmi
qurumlarının və beynəlxlaq futbol təşkilatlarının iştirakı ilə imzalanmış Sürix
müqaviləsi ilə AFFA-nın yeni Nizamnaməsi işlənərək hazırlanıb.2003-cü il
dekabrın 29-da AFFA-nın növbəti VI hesabat-seçki konfransı keçirilib, yeni
Nizamnaməyə əsasən, AFFA-nın yeni prezidenti Ramiz Mirzəyev seçilib.
Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin dekabrın 4-də
keçirdiyi iclasın qərarına əsasən, prezident səlahiyyətlərinin icrası
vitse-prezident Elşad Nəsirova həvalə olunub.
Onu da əlavə edək ki, AFFA-nın 14 mart 2008-ci ildə
keçirilən növbədənkənar konfransında Rövnəq Abdullayev qurumun prezidenti
seçilib. O, bu ilin mart ayının 9-da keçirilən növbəti hesabat-seçki
Konfransında da daha 4 il müddətinə prezident seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB