“Fənərbaxça” Aleksin yeganə qoluyla qalib gəldi

“Fənərbaxça” Aleksin yeganə qoluyla qalib gəldi

Türkiyə Superliqasında XXXII turun açılış matçında "Fənərbaxça" "Bursaspor"u qəbul edib. Məlumata görə, qarşılaşma meydan sahiblərinin üstünlüyü şəraitində keçsə də, oyunda yalnız bir qol vurulub. Qarşılaşmanın 41-ci dəqiqəsidə Aleks fərqlənib.


Bu qələbədən sonra "sarı bülbüllər" lider "Qalatasaray"la xal fərqini 6-ya endirib. Amma "cim-bom"un hələ ehtiyatda bir oyunu var.


"Fənərbaxça" – "Bursaspor" – 1:0

Qol: Aleks, 41 (1:0)

Bütün xəbərlər Facebook səhifəmizdə