"Real" "Real Sosyedad"a futbol dərsi keçdi

"Real" "Real Sosyedad"a futbol dərsi keçdi

İspaniya çempionatının 30-cu turunda Madrid "Real"ı doğma "Santyaqo Bernabeu"da Sansebastianın "Real Sosyedad" klubu üzərində qələbə 5:1-lik qazanıb. "Real"ın tərkibində qolların ikisini Kriştianu Ronaldu, ikisini Kərim Benzema, birini isə Qonsalo İquain vurub. Qonaqların yeganə qolunun müəllifi isə yarımmüdafiəçi Havi Prieto olub.


Qeyd edək ki, K.Ronaldu vurduğu iki qoldan sonra bombardirlik yarışında "Barselona"nın hücumcusu Leonel Messiyə çatıb. Hər iki futbolçu çempionatda 35 dəfə fərqlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə