“Real Madrid” cəza yağışına tutuldu

“Real Madrid” cəza yağışına tutuldu

İspaniya Futbol İntizam Komitəsi "Real Madird"ı cəza yağışına tutub. Siasport.az saytının Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, klubun heyətində çıxış edən Pepe və fizioterapest Rui Fariaya 2, baş məşqçi Joze Maurinyo və türk əsilli futbolçu Məsut Özilə isə 1 oyunluq cəza verib. Qeyd edək ki, buna səbəb "Vilyareal"la keçirilən görüşdə "Real Madrid" üzvlərinin kobudluqları olub. Mətbuata müsahibə verməmək qadağası qoyulan klubun rəsmiləri isə, qərara etiraz edəcəyini açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə