Xəbər verdiyimiz kimi, bu gün Unibank Premyer Liqasının XXV turu çərçivəsində növbəti oyunları keçiriləcək. Siasport.az saytının məlumatına görə, XXV tur öncəsinə nəzər yetirdikdə "Neftçi" turnir cədvəlindəki liderliyini davam etdirir.
Qeyd edək ki, Flaqman 52 xalla Turnir cədvəlinə başçılıq edir. 2-ci yerdə isə paytaxtın digər təmsilçisi "İnter" (48 xal) qərarlaşıb. Ondan sonra isə "Qarabağ" 45 xalla ilk üçlükdə yerini tutub. Lakin buna baxmayaraq, Ağdam təmsilçisinin "Xəzər Lənkəran"la hər an yer dəyişmə riski var. Belə ki, cənublular 44 xalla "Qarabağ"dan yanız 1 xalla geridə qalır.
Məlumat üçün bildirək ki, 5-ci və 6-cı yerləri isə, "Qəbələ" (39) və "Bakı" (38) müvafiq xallarla bölüşdürür.
Onu da qeyd edək ki, turnir cədvəlinin sonuncu pilləsində "Turan" və "Sumqayıt" hərəyə 15 xal toplayaraq yerləşiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB