“Qəbələ” “İnter”lə 17-ci duelə hazırlaşır

“Qəbələ” “İnter”lə 17-ci duelə hazırlaşır

Unibank Premyer Liqasının XXV turunda "İnter"lə qarşılaşacaq "Qəbələ" tarixində 17-ci dəfə bu bankirlərlə münasibətlərinə aydınlıq gətirəcək. Siasport.az saytının klubun rəsmi internet saytına istinadən verdiyi xəbərə görə, indiyə qədər 14 dəfə çempionat, 2 dəfə kubokda üz-üzə gələn rəqiblərin duellərində hələlik üstünlük paytaxt təmsilçisinin tərəfindədir. Qeyd edək ki, "İnter" 8 dəfə qalib gəlibsə, Qəbələ təmsilçisi 2 dəfə sevinən tərəf olub. Komandalar 6 dəfə meydanı bərabərliklə tərk ediblər. Bu qarşılaşmalardakı top fərqi də "İnter"in tərəfində olub – 25:10.

Xatırladaq ki, bu gün Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 15:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə