Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən idman və şahmat məktəblərinin yetirmələri 2010-cu ildə respublika və beynəlxalq yarışlarda 1886 medal əldə ediblər. Təhsil Nazirliyindən SİA-ya verilən xəbərə görə, mükafatlardan 178-I, yəni 54 qızıl, 50 gümüş, 74 bürünc medal beynəlxalq turnirlərdə, Avropa, dünya birinciliklərində və çempionatlarında qazanılıb.
Ümumilikdə, keçən il Təhsil Nazirliyinin məktəbdənkənar müəssisələrində idman növləri üzrə 1933 uşaq və gənc (22 yaşadək) yüksək dərəcəli idmançı kimi hazırlanıb ki, onlardan da 1707-si I dərəcəli, 214-ü idman ustalığına namizəd, 6-sı idman ustası, 3-ü FİDE ustası, 3-ü beynəlxalq dərəcəli idman ustası, 1 nəfər isə beynəlxalq qrossmeysterdir. 2011-ci ildə rəsmi Avropa, dünya birinciliklərində və çempionatlarında yeniyetmə şahmatçılarımız 10 medal, o cümlədən, 5 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıblar. Bundan əlavə, şahmat məktəblərinin yetirmələri keçən il respublika birincilik və çempionatlarında 14 qızıl, 11 gümüş və 13 bürünc olmaqla 38 medal qazanıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB