Dünyanın ən çox qazanan futbolçuları - ONLUQ

Dünyanın ən çox qazanan futbolçuları - ONLUQ

"Barselona"nın argentinalı hücumcusu Leonel Messi dünyanın ən çox qazanan futbolçularının reytinqində birinci yeri tutur. "Frans press"in bildirdiyinə görə, ötən il argentinalının illik qazancı 10, 5 milyon avro olub. Əlavə olaraq Messi 1,5 milyon avro bonus qazanıb. Dünyanın ən yaxşı futbolçusunun reklamlardan gələn gəliri isə 21 milyon avrodur.


İkinci yeri isə İngiltərə yığmasının keçmiş oyunçusu Devid Bekhem tutur. Onun ümumi gəliri Leodan 1,5 milyon avro azdır - 31,5 milyon. Amma ingiltərəli gəlirinin çox hissəsini futboldan deyil, sahibkarlıq fəaliyyətindən və reklamlardan qazanıb (26 milyon avro).


Maraqlıdır ki, siyahıdakı dördüncü yerin sahibi kamerunlu Samuel Etodur. Qara dərili futbolçunun Rusiyanın Maxaçqala şəhərinin "Anji" klubunda yalnız oynadığı futbola görə illik qazancı 20 milyon avro olub. Bu baxımdan hamını qabaqlayan Etonun digər gəlirləri 3,3 milyon avrodur.


Ən çox bonus qazanan futbolçu isə "Milan"ın hücumçusu Zlatan İbrahimoviçdir. Siyahıda 11-ci yeri tutmasına baxmayaraq, İsveç yığmasının oyunçusunun ötən il əldə etdiyi bonus 2,5 milyon avro olub.


Ötən ilin ən çox qazanan qapıçısı italiyalı Canluici Buffondur. Ən çox qazanan futbolçuların siyahısında 19-cu olan dünya çempionunun qazancı 11,7 milyon avro təşkil edib.


Qeyd edək ki, sözügedən siyahının ilk onluğunda İtaliya çempionatından heç bir futbolçunun adı yoxdur. Sənəddə Almaniya Bundesliqasından yalnız Münhen "Bayern"inin müdafiəçisi Filipp Lam yer alıb.


Dünyanın ən çox qazanan futbolçularının top onluğunu təqdim edirik.


1. Leonel Messi, "Barselona" (İspaniya) - 33 milyon avro


2. Devid Bekhem, "Los Ancelos Qalaksi" (ABŞ) - 31,5 milyon avro


3. Kriştionu Ronaldu, "Real" (İspaniya) - 29,2 milyon avro


4. Samuel Eto, "Anji" (Rusiya) - 23,3 milyon avro


5. Uen Runi, "Mançester Yunayted" (İngiltərə)- 20,6 milyon avro


6. Serxio Aquera, "Mançester siti" (İngiltərə) - 18,8 milyon avro


7. Yaya Ture, "Mançester siti" (İngiltərə) - 17,6 milyon avro


8. Fernando Torres, "Çelsi" (İngiltərə) - 16,7 milyon avro


9. Kaka, "Real" (İspaniya) - 15,5 milyon avro


10. Filip Lam, "Bayern" (Almaniya) - 14,3 milyon avro

Bütün xəbərlər Facebook səhifəmizdə