Taekvondoçularımız Hollandiyada uğurla çıxış edib

Taekvondoçularımız Hollandiyada uğurla çıxış edib

Azərbaycan taekvondoçuları Hollandiyanın açıq çempionatında (Dutch Open) uğurla çıxış ediblər. Taekvondo Federasiyasından siasport.az saytına verilən xəbərə görə, idmançılarımız Gənclər və böyüklər arasında "A" kateqoriyalı yarışda 1 qızıl, 3 gümüş və 3 bürünc medala sahib olublar. Turnirin qalibi İlkin Şahbazovdan (74kq) başqa, böyüklər arasında Samir Aydınov (54 kq) bürünc mükafat qazanıb. Gənclərin yarışında Məcid Sofiyev (45 kq), Ayxan Tağızadə (55 kq) və Pərvin Əliyev (59 kq) ikinci yeri tutublar. Bürünc medalları isə Elmar Bədəlli (48 kq) və Ruslan Abbasov (51 kq) əldə edib.

Məlumat üçün bildirək ki, Eyndovendəki mötəbər yarış, aprelin əvvəlində Misirin Şarm əl-Şeyx şəhərində gənclərin dünya çempionatına və mayın ilk günlərində İngiltərənin Mançester şəhərində böyüklərin Avropa çempionatına hazırlıqları baxımından da önəmli olub. Qeyd edək ki, olimpiya seçməsinin üzvləri isə 24-25 mart tarixlərində İsapaniyanın Alikante şəhərində açıq çempionatda (Spanish Open) iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə