İtaliya A Seriyasının 28-ci turunda növbəti oyunlar keçirilib. Siasport.az saytı xəbər verir ki, ikinci oyun günündə daha 7 qarşılaşma baş tutub.
Öz meydanında "Atalanta" ilə qarşılaşan "İnter", yenə qələbəyə həsrət qalıb. Bu görüşdə tərəflərin səylərinə baxmayaraq, oyunda hesab açılmayıb - 0:0.
"Napoli" isə turu xal itkisi ilə başa vurub. Səfərdə "Udineze" ilə qarşılaşan "Napoli" sülhə razılaşıb. Hərəyə 2 dəfə fərqlənən komandalar meydandan 1 xalla ayrılıblar - 2:2.
"Kataniya" - "Latsio" - 1:0
Qol: Leqrotalye, 80 (1:0)
"İnter" - "Atalanta" - 0:0
"Leççe" - "Palermo" - 1:1
Qollar: Mişele, 6-pen (1:0), Munoz, 15 (1:1)
"Siena" - "Novara" - 0:2
Qollar: Riqoni, 72 (0:1), Porkari, 81 (0:2)
"Udineze" - "Napoli" - 2:2
"Parma" - "Milan" - 0:2
Qollar: İbrahimoviç, 17-pen (0:1), Emanuelson, 55 (0:2)
"Fiorentina" - "Yuventus" - 0:5
Qollar: Vuçiniç, 15 (0:1), Vidal, 27 (0:2), Markizyo, 55 (0:3), Pirlo, 67 (0:4), Padoin, 72 (0:5)
"Kalyari" - "Çezena" - 3:0
Qollar: Pininlla, 14 (1:0), 45-pen (2:0), 56-pen (3:0)
"Boloniya" - "Kievo" - 2:2
Qollar: Andreolli, 27 (0:1), Di Vayo, 59 (1:1), Theraru, 69 (1:2), Diamanti, 81 (2:2)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB