Fuad Ismayılov: “Qol epizodlarından maksimum istifadə etdik”

Fuad Ismayılov: “Qol epizodlarından maksimum istifadə etdik”

Unibank Premyer Liqasının 24-cü turunda "Sumqayıt" üzərində 4:1 hesablı qələbə qazanan "Kəpəz" komandasının baş məşqçisi Fuad İsmayılov oyun haqda klubun rəsmi internet saytına fikirlərini bildirib. Siasport.az saytının məlumatına görə, Andrey Popoviç, Slavik Alxasov, Tərlan Quliyev, Yasin Abbasov(46), Bəxtiyar Həsənalızadə, Bədavi Hüseynov, Samir Abbasov (k),Mahmud Qurbanov, Ramil Haşımzadə, Uğur Pamuk, Orxan Həsənov, (65), Ruslan Qurbanov, Kamil Nurəhmədovun çıxış etdiyi klubun baş məşqçisi bunları ifadə edib: "Bu oyuna ciddi hazırlaşmışdıq. "Sumqayıt"ın əksər futbolçuları U-21 milli komandasının üzvüdür. Yaratdığımız qol epizodlarından maksimum istifadə etdik və qələbə qazandıq".

Bütün xəbərlər Facebook səhifəmizdə