Xəbər verdiyimiz kimi Hövsan Olimpiya İdman Kompleksində sərbəst və yunan-Roma güləşi üzrə gənclərin Azərbaycan birinciliyi başa çatıb. Güləş Federasiyasından Siasport.az saytına verilən xəbərə görə, yarışların son günündə 55, 66, 84 və 120 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri qüvvələrini sınayıb. Ümumilikdə 73 pəhləvanın mübarizə apardığı yarışın son günündə fəxri kürsüyə yüksələn idmançılar aşağıdakılardır:
55 kq
1. Eldəniz Əzizli – Neftçi İSM
2. Fazil Zamanzadə - İnter
3. Sakit Quliyev – Neftçi İSM
3. Murad Məmmədov – Zenit
66 kq
1. Ceyhun Əliyev – Sumqayıt
2. Ənvər Cəfərov – Abşeron, Neftçi İSM
3. Amil Əhmədov – Neftçi İSM
3. Elnur İsmayılov – Sumqayıt
84 kq
1. Fuad Əliyev – Neftçi İSM
2. Şamil Ertuqanov – İnter
3. Sultan İsmayılov – MOİK
3. Elvin Abbaslı – Spartak
120 kq
1. Zaur Mehrəliyev – İnter
2. Hacımurad Abdullayev – Atasport
3. Orxan Məmmədov – Sumqayıt, Zenit
3. Anar ƏIiyev – Sumqayıt, Zenit
Qeyd edək ki, yarışlarda çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar Azərbaycan Güləş Federasiyası tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB