Futbolçularımız Dubayda minimal hesabla uduzdu

Futbolçularımız Dubayda minimal hesabla uduzdu

Xəbər verdiyimiz kimi, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində çimərlik futbolu üzrə Azərbaycan milli komandası təlim-məşq toplanışı keçirir. Siasport.az saytının məlumatına görə, məşq prosesi çərçivəsində millimiz yoldaşlıq oyunu keçirib.

Qeyd edək ki, BƏƏ-nin "Əl Nəsr" klubu ilə qarşılaşan Azərbaycan komandası 4:5 hesabı ilə məğlub olub. Lakin təlim-məşq toplanışı çərçivəsində martın 17-də "Əl Vəsl" klubu ilə keçirilmiş digər görüşdə isə millimiz 1:0 hesabı ilə qələbə qazanmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə