Millimiz Moldova yığması üzərində ikinci qələbəsini əldə edib

Millimiz Moldova yığması üzərində ikinci qələbəsini əldə edib

Xəbər verdiyimiz kimi, AFFA-nın Futbol Mərkəzində yerləşən "Dalğa Arena"da 17 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası Moldova millisi ilə qarşılaşıb. Siasport.az saytının məlumatına görə, ikinci görüşdə də Azərbaycanın U-17 komandası 2:1 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, yığmamızın heyətində Nigar Cəlilli və Melis Sarıaltın fərqləniblər. Rəqib komanda da isə Viktoriya Yurdis 1 qolu hesabına yazdırıb.

Məlumat üçün bildirək ki, martın 16-da keçirilən oyunda da yığmamız Moldova millisi üzərində 4:0 hesabı ilə qələbə qazanmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə