Azərbaycan birinciliyində üçüncü günün qalibləri

Azərbaycan birinciliyində üçüncü günün qalibləri

Xəbər verdiyimiz kimi, Hövsan Olimpiya İdman Kompleksində sərbəst və yunan-Roma güləşi üzrə gənclərin Azərbaycan birinciliyi davam edir. Güləş Federasiyasından siasport.az saytına verilən xəbərə görə, yarışların üçüncü günündə 50, 60, 74 və 96 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri qüvvələrini sınayıb.

Məlumat üçün bildirək ki, 78 pəhləvanın mübarizə apardığı yarış günündə fəxri kürsüyə yüksələn idmançılar aşağıdakılardır:

50 kq

1. Murad Bazarov - Neftçi İSM

2. Orxan Mehdiyev - Neftçi İSM

3. Elnur Həsənov - Neftçi İSM

3. Əli Məmmədov - Neftçi İSM

60 kq

1. Rövşən Tağıyev - İnter

2. Rauf Ələkbərli - İnter

3. Elman Muxtarov - Neftçi İSM

3. Şamil Behalov - Neftçi İSM

74 kq

1. Toğrul Yunisli - İnter

2. Emin Əliyev - Neftçi İSM

3. Radim Babayev - Qusar

3. Ceyhun Bayramov - Sumqayıt

96 kq

1. Hacımurad Çöpsiyev - Balakən, Neftçi İSM

2. Ümid Nəcəfov - Sumqayıt

3. Süleyman Babayev - Pəhləvan

3. Samir Qayıbov - DİN İC

Qeyd edək ki, yarışlarda çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə