Novruz bayramı günlərində FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsi (YTK) futbol azarkeşlərini sevindirəcək. Siasport.az saytının AFFA-nın rəsmi internet saytına istinadən verdiyi xəbərə görə, İçəri Şəhərdən Dənizkənarı Bulvara qədər olan ərazidə ənənəvi Novruz şənlikləri çərçivəsində keçirilən tədbirlər zamanı YTK əməkdaşları tərəfindən şənlik iştirakçılarına qarşıdan gələn çempionata ümumi hazırlıq, onlayn bilet satışı, könüllülük imkanları haqda məlumat veriləcək. Bu məqsədlə təbliğat stendi, oyun meydançasıquraşdırılacaq.
Qeyd edək ki, martın 19-21 tarixləri arasında hər kəs çempionatın rəsmi talismanı ilə şəkil çəkdirmək imkanı əldə edərək 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının oyunçularının topla məharətlərininin şahidi ola biləcək.
Məlumat üçün bildirək ki, FIFA və YTK tərəfindən hər kəsi bu möhtəşəm tədbirə, bu il 22 sentyabr-13 oktyabr tarixləri arasında, 16 komandanın iştirakı ilə gerçəkləşdiriləcək FIFA U-17 qadınlararası dünya çempionatının məlumat stendini ziyarət etməyə və bu həyəcanı paylaşmağa dəvət edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB