“Simurq” klubunun əvəzediciləri “Sumqayıt”ı məğlub edib

“Simurq” klubunun əvəzediciləri “Sumqayıt”ı məğlub edib

"Simurq" Peşəkar Futbol Klubunun əvəzedici heyəti "Sumqayıt"la səfərdə qarşılaşıb. Siasport.az saytının məlumatına görə, görüş qonaq komandanın xeyrinə başa çatıb.

Qeyd edək ki, əvəzedici heyətlərin Azərbaycan çempionatında XXIV turun açılış matçında "Simurq" 2:1 hesabı ilə qələbə əldə edib.

Məlumat üçün bildirək ki, qolların müəllifi Zaqatalıların heyətində çıxış edən Qafar Qafarov, Həsən Qəhrəmanov olub. Bu görüşdən sonra "Simurq" aktivindəki xalların sayını 32-yə yüksəldib.

Bütün xəbərlər Facebook səhifəmizdə