K.Tsxadadze: “Neftçi”ni iki dəfə məğlub etmişik”

K.Tsxadadze: “Neftçi”ni iki dəfə məğlub etmişik”

"İnter" klubunun baş məşqçisi Kaxaber Tsxadadze "Neftçi" klubu ilə matç öncəsi fikir bildirib. Siasport.az saytının məlumatına görə, sabah saat 16:00-da "Şəfa" stadionunda keçiriləcək qarşılaşma öncəsi klubun rəsmi internet saytına açıqlama verən baş məşqçi belə fikirlərini belə ifadə edib: "Neftçi" ilə matç bizim üçün çox vacibdir. Biz anlayırıq ki, oyun çox çətin olacaq və buna görə komanda matça çox ciddi hazırlaşır. Hazırda futbolçuların çiyinlərinə böyük fiziki və psixoloji yük düşür və oyunçuların funksional baxımından hazır olmaları bizim üçün çox vacibdir. "Neftçi"- turnir cədvəlində birinci yerdə olan güclü komandadır. Biz "Neftçi"ni iki dəfə məğlub etmişik, amma bunun əhəmiyyəti yoxdur! Həmin qələbələr keçmişdə qaldı. Qələbələr bizə hər hansı bir üstünlük vermir, əksinə, psixoloji planda "Neftçi"yə üstünlük verir. Rəqib komandanın futbolçuları revanş almaq arzusundadırlar, onlar oyuna maksimal dərəcədə kökləniblər".

Bütün xəbərlər Facebook səhifəmizdə