Viktor Qryapka millimizlə oyundan sonra fikir bildirib

Viktor Qryapka millimizlə oyundan sonra fikir bildirib

AFFA Futbol Mərkəzində yerləşən "Dalğa Arena"da 17 yaşadək qızlardan ibarət Azərbaycan və Moldova yığmaları arasında keçirilən yoldaşlıq oyununda 4:0 hesabı ilə yığmamız qələbə qazandıqdan sonra Moldova yığmasının baş məşqçisi qarşılaşma haqqında fikirlərini bildirib. Siasport.az saytının məlumatına görə, assosiasiyanın rəsmi internet saytına fikirlərini bildirən rəqi komandanın baş məşqçisi Viktor Qryapka belə deyib: "Komandamızı yeni formalaşdırmışıq. Buna görə də, müəyyən çatışmazlıqlar var. Ümid edirəm ki, Azərbaycan yığması ilə keçirəcəyimiz növbəti yoldaşlıq oyununda daha yaxşı çıxış edəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə