Azərbaycan birinciliyində ikinci günün nəticələri məlum olub

Azərbaycan birinciliyində ikinci günün nəticələri məlum olub

Xəbər verdiyimiz kimi, Hövsan Olimpiya İdman Kompleksində sərbəst və yunan-Roma güləşi üzrə gənclərin Azərbaycan birinciliyi davam edir. Siasport.az saytının məlumatına görə, yarışların ikinci günündə 55, 66, 84 və 120 kq çəki dərəcələrində sərbəst güləşçilər qüvvələrini sınayıb.

Qeyd edək ki, 108 pəhləvanın mübarizə apardığı yarış ikinci günündə fəxri kürsüyə aşağıdakı idmançılar olub:

55 kq

1. Pərviz İbrahimov - Abşeron, Neftçi İSM

2. Fuad Nəsirli - Zenit İC

3. Mircəlal Həsənzadə - Abşeron, Neftçi İSM

3. Məsim Qədirli - Sumqayıt, İOEUGİM

66 kq

1. Bəxtiyar İsrafilli - Beyləqan, Gömrükçü İC

2. Gitnomaqomed Qadjiyev - Atasport

3. Elçin Məmmədov - Şəmkir

3. Musa Rüstəmov - Gömrükçü İC

84 kq

1. Maqomedqadji Xatiyev - Atasport

2. Mircəfər Murtuzlu - Neftçi İSM

3. Xəyyam Soltanov - Şamaxı

3. Əhməd Əhmədov - Balakən, Neftçi İSM

120 kq

1. Ali Maqomeddabirov - Atasport

2. Toğrul Cavadlı - Cəlilabad, Gömrükçü İC

3. Arzu Dünyamalıyev - Qazax

3. Tamerlan Məmmədov - Gömrükçü İC

Məlumat üçün bildirək ki, yarışlarda çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar Azərbaycan Güləş Federasiyası tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunub.

Xatrıladaq ki, bununla da gənclərin Azərbaycan birinciliyində sərbəst güləşçilərin yarışı başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə