Unibank Premyer Liqasının XXIV turunda "Xəzər Lənkəran" klubu "Bakı" ilə qarşılaşacaq. Siasport.az saytının məlumatına görə, Lənkəran təmsilçisi tarixində 28-ci dəfə paytaxt klubu ilə görüşəcək. İndiyə qədər tərəflər hərəyə 8 qələbə qazanıb və 11 dəfə oyunda heç-heçə ilə razılaşıblar. Top fərqinə gəldikdə isə cənublular böyük üstünlüyə malikdir (29:21). Fərqin belə böyük olması "Xəzər Lənkəran"ın rəqibini 3 dəfə eyni – 3:0 hesabı ilə udması ilə bağlıdır.
Qeyd edək ki, Premyer Liqada "Bakı" ilə keçiriləcək görüş Yunis Hüseynovun baş məşqçi postunda debüt oyunu olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB