“Prezident Kuboku-2012” Reqatası keçiriləcək

“Prezident Kuboku-2012” Reqatası keçiriləcək

Martın 29-da Mingəçevir şəhərində yerləşən "Kür" Olimpiya Mərkəzində akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə Beynəlxalq "Prezident Kuboku-2012" Reqatası başlayacaq. Siasport.az saytının məlumatına görə, beynəlxalq yarış Aprelin 1-dək davam edəcək və 5 ölkə qatılacaq.

Qeyd edək ki, Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan və Türkiyənin 150-dək kişi və qadın idmançısı 23 yaşadək və yuxarı, 1994–1995 və 1996–1997-ci il təvəllüdlülərdən ibarət yaş kateqoriyalarında mübarizə aparacaq.

Məlumat üçün bildirək ki, Azərbaycan üç növ üzrə, Gürcüstan akademik avarçəkmə və kayak, Rusiya və Ukrayna akademik avarçəkmə, Türkiyə isə kayak növlərində təmsil olunacaq.



Bütün xəbərlər Facebook səhifəmizdə