“Qarabağ” Qarabağa yollanıb

“Qarabağ” Qarabağa yollanıb

"Qarabağ" klubu Ağdama yollanıb. Siasport.az saytının klubun rəsmi internet saytına istinadən verdiyi xəbərə görə, Premyer Liqanın final mərhələsinin 2-ci turunda "Qəbələ" komandasını qəbul edəcək "Qarabağ" Ağdama səfər edib.

Məlumat üçün bildirək ki, bu gün Bakıda məşq edən komanda günorta yeməyindən sonra yola düşüb.
Komanda Quzanlıya çatdıqdan sonra istirahət edəcək. Sabah isə 1 saatlıq yüngül məşqlə kifayətlənəcək.

Qeyd edək ki, "Qarabağ" komandasının heyətində itki yoxdur. Martın 18-də baş tutacaq "Qarabağ" – "Qəbələ" qarşılaşması saat 15:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə