"Xəzər Lənkəran"ın Kosta-rikalı futbolçusu Rendall Brenes "Xəzər Lənkəran" komandada ilk qolunu vurub. Siasport.az saytının məlumatına görə, yeni transfer olduğu klubda ilk qolunu Azərbaycan kubokunun ¼ final mərhələsində "İnter"lə qarşılaşma zamanı vuran hücumçu "Xəzər Lənkəran"ın tarixində 71-ci qolun sahibi olub.
Qeyd edək ki, bu qarşılaşmaya qədər 70 futbolçu müxtəlif vaxtlarda fərqlənmişdi ki, onların 44-ü legioner, 26-sı isə yerli futbolçudur.
Məlumat üçün bildirək ki, Rendall Brenes bu siyahıya 45-ci əcnəbi və 2-ci Kosta-rikalı kimi düşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB