“Xəzər Lənkəran”da yeni kapitanı kim oldu?

“Xəzər Lənkəran”da yeni kapitanı kim oldu?

Azərbaycan kubokunun 1/4 final mərhələsində "İnter"lə ilk oyununda "Xəzər Lənkəran"ın heyətində yeni kapitan meydana çıxıb. Siasport.az saytının məlumatına görə, həmin futbolçu komandanın yarımmüdafiəçisi Elnur Abdullayev olub.

Qeyd edək ki, futbolçu karyerasında ilk dəfə olaraq meydana komandanın kapitanı kimi çıxıb. Beləliklə o, klub tarixinə 20-ci kapitan kimi adını yazdırıb.

Məlumat üçün bildirək ki, bu vaxta qədər "Xəzər Lənkəran"ın hesabında olan 290 matçda cəmi 19 oyunçu meydana kapitan sarğısında çıxmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə