AFFA tərəfindən inşa olunan stadionda işlər davam etdirilir

AFFA tərəfindən inşa olunan stadionda işlər davam etdirilir

AFFA tərəfindən 8-ci kilometr qəsəbəsində inşa olunan stadionda təbii ot örtüyünün döşənməsi üçün işlər görülür. Siasport.az saytının assosiasiyanın rəsmi internet saytına istinadən verdiyi xəbərə görə, artıq drenaj sisteminin qurulması üçün lazım olan kanallar qazılıb və torpağın müvafiq şəkildə quruma intensivliyinə uyğun olaraq işlər görülür. Qeyd edək ki, işlərin qısa zamanda yekunlaşdırılması gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə