Əfran İsmayılov ayın ən yaxşı futbolçusu seçildi

Əfran İsmayılov ayın ən yaxşı futbolçusu seçildi

"Qarabağ" futbol klubunun yarımmüdafiəçisi Əfran İsmayılov Fevral ayının ən yaxşı futbolçusu elan olundu. Siasport.az saytının məlumatına görə, 12 peşəkar futbol klubunun və 33 kütləvi informasiya vasitəsinin iştirak etdiyi səsvermədə 33% jurnalistin dəstəyi ilə o, fevral ayının ən yaxşı futbolçusu seçilib.

Qeyd edək ki, jurnalistlərin suallarını cavablandıran "Qarabağ"ın yarımmüdafiəçisi fikirlərini belə ifadə edib: "İnanmırdım ki, ayın futbolçusu seçilərəm. Buna görə, jurnalistlərə təşəkkürümü bildirirəm".

Sən hansı futbolçunu ayın ən yaxşı futbolçusu seçərdin sualına isə belə cavab verib: " Mənim seçimim isə Georgi Adamiyadır. Mən onun ayın futbolçusu seçərdim".

Qeyd edək ki, jurnalistlərin rəqib komandalardan hansı müdafiəçini keçilməz hesab edirsən sualına isə, belə futbolçunun olmadığını, günü gündən özünü daha da gücləndirdiyini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə